Gürcüstan Prokurorluğu - Qiqa Avalianinin cinayət işi üzrə yalan ifadə vermə faktına görə yetkinlik yaşına çatmayan şəxsə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu Qiqa Avalianinin cinayət işi üzrə yalan ifadə vermə faktına görə yetkinlik yaşına çatmayan şəxsə ittiham irəli sürüb. Bu haqda məlumatı Gürcüstan Prokurorluğu yayır.
Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi martın 26-da hakimin qərarı əsasında saxlayıblar.
“Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, 2026-cı ilin martın 24-də Tbilisi Şəhər Məhkəməsində Qiqa Avalianinin vəfatı, qrup halında zorakılığın təşkili və zorakılıqda iştirak faktları işinin mahiyyəti üzrə müzakirəsi zamanı şahid qismində dindirilərkən yetkinlik yaşına çatmayan şəxs ədalət mühakiməsinə maneə olmaq məqsədilə məhkəməyə yalan ifadə verib.
Saxlanılan yetkinlik yaşına çatmayan şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 370-ci maddəsinin 3-cü hissəsi (ədalət mühakiməsinə maneə olma, bu da şahidin məhkəmədə, təqsirləndirilənin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunduğu cinayət işi üzrə yalan ifadə verməsi ilə ifadə olunub) ilə ittiham irəli sürülüb, bu da cəzanın növü və ölçüsü olaraq 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq ittiham olunan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – prokurorluğun yaydığı məlumatda deyilir.