Gürcüstan Prokurorluğu dırnaqarası zəng mərkəzləri, dələduzluq və çirkli pulların yuyulması işi üzrə Otar Partsxaladzeyə ittiham irəli sürüb, eyni iş üzrə Eliso Kiladze saxlanılıb
Gürcüstan Prokurorluğu dırnaqarası zəng mərkəzləri, dələduzluq və çirkli pulların yuyulması işi üzrə Otar Partsxaladzeyə ittiham irəli sürüb, eyni iş üzrə Eliso Kiladze saxlanılıb

 

Gürcüstan Prokurorluğu dırnaqarası zəng mərkəzləri ilə əlaqədar mütəşəkkil qrup tərəfindən törədilən dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə on nəfər barəsində cinayət təqibi başladıb. Bu barədə prokurorluqda keçirilən brifinqdə bəyan ediblər.

Qurumda qeyd etdikləri kimi, gizlənən Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladze və onun cinayətkar qrupunun üzvləri Davit Mikadze, İrakli Sexniaşvili və Mixeil Çoxeliyə qiyabi ittiham irəli sürüləcək, eyni cinayət işi üzrə mütəşəkkil cinayətkar qrupun üzvü, “Chronica +”nın təsisçisi Eliso Kiladze saxlanılıb.

“Gürcüstan Prokurorluğu zəng mərkəzlərinin növbəti genişmiqyaslı cinayətini aşkar edib və mütəşəkkil qrup tərəfindən törədilən dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə on nəfər barəsində cinayət təqibi başladıb.

Gizlənən Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladze və onun cinayətkar qrupunun üzvləri Davit Mikadze, İrakli Sexniaşvili və Mixeil Çoxeliyə qiyabi ittiham irəli sürüləcək, ittiham sənədi başqa cinayət işi üzrə cəzaçəkmə müəssisəsində olan Qiorqi Mikadzeyə şəxsən təqdim olunacaq. Mütəşəkkil cinayətkar qrupun üzvü Eliso Kiladze eyni cinayət işi üzrə saxlanılıb. İttiham sənədi həmçinin qrupun digər üzvləri – istintaqla fəal əməkdaşlıq edən və törətdikləri cinayəti etiraf etməklə yanaşı, transmilli cinayətin açılmasına mahiyyət etibarilə kömək edən Qivi Cibladze, Ben Anor, Tornike Canelidze və Qiorqi Kamladzeyə təqdim olunacaq.

Cəmiyyətə xatırladırıq ki, əvvəlki dövrdə keçirilən brifinqdə də bəyan etdiyimiz kimi, 2020–2023-cü illərdə, dövlətin bu istiqamətdə bəyan etdiyi hüquqi mübarizəyə baxmayaraq, ölkədə hələ də bir neçə onlarla fırıldaqçı zəng mərkəzi mövcud idi. Şahidlərin ifadələrinə əsasən, bu zəng mərkəzlərinin böyük əksəriyyəti gəlirlərindən müxtəlif müxalif media vasitələrini maliyyələşdirən şəxslər qrupuna aid idi, zəng mərkəzlərinin nisbətən kiçik hissəsinə Qriqol Liluaşvili və Otar Partsxaladze, onların yaxın çevrəsindəki şəxslər vasitəsilə himayə edirdi.

Bu işlə bağlı, Gürcüstan Prokurorluğu və Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən birgə keçirilən istintaqla müəyyən edilib ki, 2020–2023-cü illərdə Gürcüstanda Otar Partsxaladzenin himayəsi altında qanunsuz olaraq maddi fayda əldə etmək və sonradan çirkli pulların yuyulması məqsədi daşıyan koordinasiyalı struktur formasına malik mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərib.

Mütəşəkkil qrupun üzvləri Gürcüstanda bir neçə hüquqi şəxs yaradıblar və bunun əsasında Tbilisinin müxtəlif yerlərində rus, ingilis və alman dilli şöbələri olan saxta zəng mərkəzləri yaradıblar. Zəng mərkəzlərinin operatorları rəhbər şəxslərin göstərişi ilə istifadəçiləri saxta ticarət platformalarına cəlb edib, gəlirli investisiya vəd edərək ticarətə qoşulmağa təşviq edirdilər və istifadəçilərin yatırdığı böyük məbləğdə pul və ya kriptovalyutaları dələduzluqla ələ keçirirdilər. Daha sonra isə bu qanunsuz aktivlər yerləşdirilir, bölünür və inteqrasiya olunurmuş” – prokurorluqda keçirilən brifinqdə bəyan ediblər.