Gürcüstan Prezidentinin sarayında Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib
Gürcüstan Prezidentinin sarayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Rəsmi qarşılanmadan sonra Gürcüstan və Türkmənistan prezidentlərinin təkbətək görüşü keçiriləcək.
Sabah isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Sərdar Berdiməhəmmədov arasında təkbətək görüş planlaşdırılır. Həmçinin nazirlərin iştirakı ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Gürcüstana rəsmi səfərə gəlib. Tbilisi Beynəlxalq Hava Limanında onu və nümayəndə heyətini Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani qarşılayıb.