Gürcüstan Prezidentinin Sarayında Özbəkistan Respublikasının Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib [Şəkil]

19:15, 02.07.2026

 

Gürcüstan Prezidentinin Sarayında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyevin rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin dövlət himnləri səsləndirilib. Prezidentlər nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Qarşılanma mərasimindən sonra Gürcüstan və Özbəkistan prezidentlərinin təkbətək görüşü keçiriləcək.

Səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşün keçirilməsi planlaşdırılır.

Müxtəlif sahələrdə müqavilələr və anlaşma memorandumları imzalanacaq.

Həmçinin, Özbəkistan Respublikasının Prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirə memorialına əklil qoyacaq və şair Əlişir Nəvainin abidəsinin açılış tədbirində iştirak edəcək.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev müşayiət edən nümayəndə heyəti ilə birlikdə bu gün Gürcüstana dövlət səfərinə gəlib.

Oxşar