Gürcüstan Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanma rəsmi mərasimi keçirilib [foto]
Gürcüstan Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılanma rəsmi mərasimi keçirilib.
İlham Əliyevi Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qarşılayıb. Mərasim çərçivəsində hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Dövlət səfəri çərçivəsində Prezident sarayında Mixeil Kavelaşvili ilə İlham Əliyev arasında təkbətək görüşün keçirilməsi planlaşdırılır.
Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyat yoldaşı ilə birlikdə Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzəyib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana səfər edib.
Gürcüstana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri keçiriləcək.
Bununla yanaşı, səfər çərçivəsində İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.