Gürcüstan prezidentinin parlamentdəki çıxışında baş nazir iştirak edəcək
Gürcüstan prezidenti Salome Zurabişvilinin parlamentdəki çıxışında baş nazir Mamuka Baxtadze, nazirlər kabinetinin üzvləri və paytaxtın meri Kaxa Kaladze iştirak edəcəklər.
Gürcüstan prezidenti bugun saat 12:00-da Gürcüstan konstitusiyasına müvafiq olaraq, parlamentdə məruzə ilə çıxış edəcək. Bu onun parlamentdəki ilk çıxışı olacaq.
Parlamentin reqlamentinə əsasən, Gürcüstan prezidentinin çıxışından sonra, nə parlament əksəriyyətinə, nə də azlığına aid olmayan fraksiyaların sədrləri çıxış edəcəklər.
Parlamentin yeni reqlamentinə əsasən, prezidentin çıxışından sonra, sual-cavab rejimi nəzərdə tutulmayıb.
“Milli Hərəkatın” üzvlər isə, bəyan edirlər ki, Salome Zurabişvilinin prezident olaraq, legitimliyini qəbul etmirlər və iclasda iştirak etməyəcəklər.