Gürcüstan prezidentinin Brüsselə işçi səfəri başladı
Gürcüstan prezidentinin Brüsselə işçi səfəri başladı

Gürcüstan prezidentinin Brüsselə işçi səfəri başladı. Prezident administrasiyasının mətbuat xidmətindən bəyan etdiklərinə görə, müzakirə olunacaq mövzular arasında Avropa və Avroatlantik strukturlarına inteqrasiya, Gürcüstanın cari islahatları və perspektivləri, vizasız gediş-gəliş ilə bağlı çətinliklər olacaq.

Onların məlumatına görə, planlaşdırılmış görüşlər çərçivəsində təhlükəsizlik məsələsinə, işğal olunmuş ərazilərdə yaranmış duruma, Rusiya aqresiv siyasətinə xüsusi diqqət yetiriləcək.

Görüşün birinci günündə, Giorogi Marqvelaşvili Avropa Şurasının prezidenti, Donald Tusk ilə görüşəcək.

Gürcüstan prezidentinin həmçinin Avropa Kommisiyasının prezidenti, Jan-Klod Yunker ilə görüşü olacaq. Giorogi Marqvelaşvil Avropa İttifaqı üzv ölkələrinin səfirləi ilə də görüş planlaşdırır.

Giorogi Marqvelaşvili NATO-nun baş qərargahında Aliyansın baş katibi, Yens Stoltenberq ilə də görüşəcək.

Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Giorogi Marqvelaşvili Brüssel forumunda nitqlə çıxış edəcək.