Gürcüstan prezidentinə səkkiz ölkənin rezident və qeyri-rezident səfirləri etimadnamələrini təqdim ediblər
Gürcüstan Prezident Sarayında rezident və qeyri-rezident səfirlər tərəfindən etimadnamələrin təqdim edilməsi mərasimi keçirilib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə Türkiyə Respublikası, Bosniya və Herseqovina, İran İslam Respublikası, Hindistan Respublikası, Qvineya Respublikası, Qambiya Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası və Paraqvay Respublikasının rezident və qeyri-rezident səfirləri etimadnamələrini təqdim ediblər.
Etimadnamələrin təqdim edilməsi üzrə rəsmi mərasimin sonunda Mixeil Kavelaşvili səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ketevan Kviniqadze və Xarici İşlər nazirinin müavini Giorgi Zurabaşvili də iştirak ediblər.
Məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.