Gürcüstan Prezidenti yerli özünüidarəetmə seçkilərinin 4 oktyabrda keçirilməsi barədə sərəncam imzalayıb
Gürcüstan Prezidenti Mixeil Kavelashvilinin imzaladığı sərəncama əsasən, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər 2025-ci il 4 oktyabr tarixində keçiriləcək.
Prezident Administrasiyasının məlumatına görə, sərəncam Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən də imzalanıb.
“Sərəncam Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin birinci bəndinin ‘q’ altbəndinə və Gürcüstanın orqanik qanunu olan ‘Gürcüstanın Seçki Məcəlləsi’nin 133-cü maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq verilmişdir. Bələdiyyə nümayəndə orqanına – Sakrebulo və özünüidarəetmə şəhər/qəsəbə merlərinə növbəti seçkilər 2025-ci il 4 oktyabr tarixinə təyin olunur”, – deyə Gürcüstan Prezidentinin N05/08/01 nömrəli sərəncamında qeyd olunur.