Gürcüstan prezidenti yerli özünüidarəetmə seçkilərinin 2 oktyabrda keçirilməsi barəsində sərəncam dərc etdirdi
Yerli özünüidarəetmə seçkiləri Gürcüstanda 2021-ci il 2 oktyabrda keçiriləcək, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvilinin sərəncamında deyilir.
“Gürcüstan konstitusiyasının 52-ci maddəsinin birinci müddəasının “q” bəndinə və Gürcüstanın Seçkilər Məcəlləsinin 133-cü maddəsinin birinci və ikinci müddəalarına müvafiq olaraq, munisipalitetin nümayəndə orqanı – Sakrebulo və özünüidarəetmə şəhərin/özünüidarəetmə icmasının merinin növbəti seçkiləri 2021-ci il 2 oktyabra təyin olunsun”, – Gürcüstan prezidentinin N02/08/01 sərəncamında deyilir.
Sərəncama həmçinin, Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili imza atır.