Gürcüstan prezidenti Şota Karseladzeni "Mülki Fədəkarlığa görə" medalı ilə təltif etdi
Gürcüstan prezidenti Şota Karseladzeni 2021-ci il 3 iyulda Tbilisidə, Kür çayında insanın xilas edilməsi üçün göstərilən nümunəvi mülki fədəkarlığa görə, xüsusi vətəndaşlıq məsuliyyətinə görə və şəxsi cəsarətinə görə, “Mülki Fədəkarlığa görə” medalı ilə təltif etdi.
Gürcüstan prezidenti dövlət mükafatını Şota Karseladzenin anasına, Marina Qarsevanişviliyə verdi.
Mükafatlandırma Orbelianilər Sarayında yalnız Şota Karseladzeninbacısı və dostlarının iştirakı ilə keçirildi.