Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Sizə hədəfinizə doğru irəliləyiş arzulayıram ki, bu da bizim ümumi məqsədimizdir – ölkənizin işğaldan azad edilməsi, sülhün bərpası, ölkənizin tam suverenliyi və ərazi bütövlüyü. – Bu barədə Gürcüstan prezidentinin Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik etdiyi videomüraciətdə deyilir.

“Əziz ukraynalı dostlar, bütün qəlbimlə və gürcü xalqı adından sizi Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm! Sizə hədəfinizə doğru irəliləyiş arzulayıram ki, bu da bizim ümumi məqsədimizdir – ölkənizin işğaldan azad edilməsi, sülhün bərpası, ölkənizin tam suverenliyi və ərazi bütövlüyü. Bu mənim ölkəniz üçün arzumdur, bu mənim ölkəmə arzumdur və hər iki ölkənin Avropa gələcəyinə arzum budur!”. – Salome Zurabişvili videomüraciətində bildirib.

Bu gün Ukrayna Müstəqillik Gününü qeyd edir.