Gürcüstan Prezidenti Ninooba bayramı ilə əlaqədar 59 nəfəri əfv edib
Gürcüstan Prezidenti Ninooba bayramı ilə əlaqədar 59 nəfəri əfv edib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ninooba bayramı ilə əlaqədar 59 nəfəri əfv edib. Administrasiya məlumatı yayır.

Onların məlumatına əsasən, əfv aktı 57 məhkuma şamil edilib, iki nəfərin isə məhkumluğu ləğv edilib.

“Gürcüstan Prezidenti tərəfindən Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə edilməsi humanizm prinsipinə, eləcə də dövlət marağına əsaslanır” – məlumatda qeyd olunub.