Gürcüstan Prezidenti Mixeil Qavelashvili 70 nəfəri əfv etdi
Gürcüstan Prezidenti Mixeil Qavelashvili, Svetitsxovloba bayramı münasibətilə 70 nəfəri əfv edib. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Məlumata görə, əfv olunanlardan 42 nəfərin cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmayıb, 24 nəfər isə həbsxanada idi. Bundan əlavə, 4 nəfərin məhkumluğu aradan qaldırılıb.
“Gürcüstan Prezidenti tərəfindən ona Konstitusiya ilə verilmiş eksklüziv səlahiyyətin həyata keçirilməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır,” – deyə administrasiyanın məlumatında qeyd olunur.