Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Cenevrədə BMT-nin “Süni intellektin idarə olunması haqqında” inaugural Qlobal Dialoqunda çıxış edəcək

11:25, 06.07.2026

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Cenevrədə BMT-nin “Süni intellektin idarə olunması haqqında” inaugural Qlobal Dialoqunda çıxış edəcək.

Prezident Mixeil Kavelaşvili Cenevrəyə həyat yoldaşı Tamar Baqrationi ilə birlikdə səfər edib.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, Qlobal Dialoqun məqsədi BMT-yə üzv dövlətlər arasında beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və süni intellekt mövzusunda açıq, inklüziv müzakirələrin aparılmasıdır.

Məlumata əsasən, bu gün Gürcüstan Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşlə də görüş keçirəcək.

Bununla yanaşı, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvilinin sözlərinə görə, Prezidentin bu konfransda iştirakı həm Gürcüstan, həm də süni intellektin idarə olunması sahəsində fəal çalışan beynəlxalq təşkilatlar üçün xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, süni intellekt dünyanın müxtəlif ölkələrində dövlət idarəçiliyində getdikcə daha mühüm rol oynayır. Gürcüstan isə islahatların həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində qabaqcıl ölkələrdən biridir. Bu baxımdan, Prezident Mixeil Kavelaşvilinin yüksək səviyyəli konfransda iştirakı ölkənin bu sahədəki mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.

Oxşar