Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin Serbiyaya rəsmi səfəri başladı
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, həyat yoldaşı Tamar Baqrationi və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Serbiya Respublikasında rəsmi səfərdədir. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.
Onların məlumatında, Belqradın “Nikola Tesla” Beynəlxalq Hava Limanında Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasiminin keçirildiyi deyilir.
“Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç, Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, Serbiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Tatiana Panaiotoviç-Tsvetkoviç və Gürcüstanın Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Beridze Mixeil Ğavelaşvili və gürcü nümayəndə heyətini hava limanında qarşılayıblar.
Səfər çərçivəsində “Serbiya Sarayı”nda Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Mixeil Ğavelaşviliyə ev sahibliyi edəcək. Təkbətək və genişləndirilmiş formatda görüşlər keçiriləcək, bundan sonra da media üçün birgə bəyanat veriləcək.
Gürcüstan Prezidenti Serbiyanın Baş naziri Curo Matutsis və Milli Məclisin sədri Ana Brnabiç ilə yüksək səviyyəli görüşlər keçirəcək” – məlumatda deyilir.
Gürcüstan Prezidentinin Administrasiyasının məlumatında qeyd olunduğu kimi, xarici işlər naziri Maka Bocorişvili, Gürcüstan Parlamentinin deputatları – İrakli Mezurnişvili, İrma Zavradaşvili, Quram Macaraşvili, Serbiya Respublikasındakı Gürcüstan səfiri Levan Beridze və Gürcüstan Prezident Administrasiyasının nümayəndələri Gürcüstanın nümayəndə heyətinin tərkibinə daxildir.