Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili yeni seçilmiş patriarxın taxta çıxma mərasimində iştirak edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili yeni seçilmiş patriarxın taxta çıxma mərasimində iştirak edib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Zati-aliləri, Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şionun taxta çıxma mərasimində iştirak edib.

Mixeil Ğavelaşvili övladları ilə birlikdə taxta çıxma mərasimində iştirak edib.

Üçüncü Şionun taxta çıxma mərasimi Svetitsxoveli məbədində həvari Andrianın anım və Tanrının anasının payına düşmə günündə baş tutub.

“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri Svetitsxoveli məbədində olublar.