Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Kocoridə kursantların abidəsini əklillə bəzəyib

14:00, 25.02.2026

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, müdafiə naziri İrakli Çikovani və Tbilisinin meri Kaxa Kaladze ilə birlikdə Kocori-Tabaxmela döyüşlərində qəhrəmancasına həlak olan döyüşçülərin xatirəsini ehtiramla yad edib və kursantların abidəsini əklillə bəzəyib.

Sovet işğalından 105 il tamam oldu.

Gürcüstan Parlamentinin 2010-cu ilin 21 iyul tarixli qərarı ilə hər il fevralın 25-i Sovet işğalı günü elan edilib.

Oxşar