Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilk rəsmi səfərlə Azərbaycana gedəcək
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili aprelin 15 -16-da ilk rəsmi səfərlə Azərbaycan Respublikasına gedəcək. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.
Onlar Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Mixeil Ğavelaşvilini qəbul edəcəyi haqda məlumat verirlər.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılıb.
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia və parlamentin üzvləri Qivi Mikanadze, Zaur Darğallı və Savalan Mirzoev prezidentin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə daxildir.