Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ermənistana rəsmi səfərə gedəcək
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ermənistana rəsmi səfərə gedəcək

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili nümayəndə heyəti ilə birlikdə bu gün Ermənistanın paytaxtına rəsmi səfərə gedəcək.

Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Ermənistan Respublikasının vitse-baş naziri Tiqran Xaçaturyan prezidenti Zvartnots Beynəlxalq Hava Limanında qarşılayacaq.

Səfər çərçivəsində Ermənistan Respublikasının Prezidenti Gürcüstan Prezidentinə sarayda ev sahibliyi edəcək. Mixeil Ğavelaşvili və Vahaqn Xaçaturyanın təkbətək və genişləndirilmiş formatda görüşü planlaşdırılıb, bundan sonra da iki ölkənin prezidentləri media üçün birgə bəyanatlar verəcəklər.

Rəsmi səfər çərçivəsində Mixeil Ğavelaşvili Ermənistanın Baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan Parlamenti sədrinin birinci müavini Qiorqi Volski, deputatlar – Samvel Manukyan, Sumbat Kiureğiyan və prezidentin xarici əlaqələr məsələləri üzrə müşaviri Luka Exvaia Gürcüstan nümayəndə heyətinə daxildir.