Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyanla görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyanla görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyanla görüşüb.

Üzbəüz keçirilən görüşdə Gürcüstan və Ermənistan arasında ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri haqda danışıblar.

Görüşdə həmkarlar cari siyasi hadisələri müzakirə ediblər, həmçinin sürətlə dəyişən beynəlxalq nizam şəraitində regionda sülhün və sabitliyin qorunub saxlanmasının əhəmiyyətinə diqqət yönəldiblər.

Gürcüstan Prezidenti həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür edib.

Görüşdə Mixeil Ğavelaşvilinin qeyd etdiyi kimi, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının paraflanmasını təqdir edir. Həmçinin, Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və zərurətə uyğun olaraq töhfəsini verməyə davam etməyə hazırdır.

Görüş Prezident Sarayında keçirilib.