Gürcüstan prezidenti Avstriyaya rəsmi səfərə başladı

10:25, 12.10.2021

Gürcüstan prezidenti, Salome Zurabişvili Avstriyaya rəsmi səfərə başladı.

Vyana Beynəlxalq Hava Limanında Gürcüstan Prezidentini Avstriya Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri qarşıladılar.

Gürcüstanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, Ketevan Tsixelaşvilinin bəyan etdiyinə görə, Gürcüstan prezidentinin Avstriya Respublikasına ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin dinamikası üçün çox əhəmiyyətli müsbət təkandır.

“Bu səfər çərçivəsində, görüşlər ATƏT-in baş katibi, eləcə də TƏT-də qadın səfirləri qrupu ilə keçiriləcək. Prezident maraqlıdır ki, “Qadın, Sülh, Təhlükəsizlik gündəminə beynəlxalq miqyasla imkanlar yaratsın və sözsüz ki, ATƏT çərçivəsində. Bu birbaşa bizim üçün əsas çağırışla əlaqədədir – münaqişənin sülh yolu ilə həlli və əhalinin təhlükəsizliyi. Sözsüz ki, qadın liderlərinin qoşulmaları bu məqsədə daha da imkanlar yaradacaq”, – Ketevan Tsixelaşvili bəyan etdi.

Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi oktyabrın 12-də Avstriya Respublikası Federal Prezidentinin Hofburq Sarayında keçiriləcək və bundan sonra iki ölkə prezidentləri üz-üzə görüşəcəklər. Prezidentlərin genişləndirilmiş formatda görüşü və mətbuat üçün mətbuat konfransı planlaşdırılıb. Həmçinin, Gürcüstan və Avstriya şirkətlərinin iştirak edəcəyi Gürcüstan-Avstriya biznes forumu.

Oxşar