Gürcüstan prezidenti bu gün 22 məhkumu əfv edib. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Onların məlumatına görə, 14 məhkum cəzaçəkmə müəssisəsində cəza çəkməkdən tam azad edilib, onlardan biri qadındır.
Bundan əlavə, 7 məhkumun cəzaçəkmə müəssisəsində qalan cəza müddəti azaldılıb.
Prezident Administrasiyasının məlumatına görə, amnistiya aktı şərti olaraq cəza çəkən bir nəfərə də şamil edilib və o, şərti cəzanı çəkməkdən tam azad edilib.