Gürcüstan Prezidenti bu gün 12 məhkumu əfv edib, onlardan doqquz məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə təyin olunmuş cəzanı çəkməkdən tam azad edilib.
Bu haqda məlumatı Prezident Administrasiyası yayır.
Prezident Administrasiyasının məlumatına əsasən, iki məhkumun cəzaçəkmə müəssisəsində çəkməsi üçün qalmış cəza müddəti azaldılıb. Bununla yanaşı, əfv aktı şərti cəza çəkməkdən tam azad edilmiş şərti cəzaya məhkum edilmiş bir nəfərə də şamil edilib.