Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını qeyd edir
Gürcüstan Pravoslav Kilsəsi 23 noyabrda Müqəddəs Giorginin təkərdə işgəncə verilməsi gününü qeyd edir. Səhərdən bütün fəaliyyətdə olan kilsə-məbədlərdə bayram ibadət dua mərasimi keçiriləcək.
Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını ildə iki dəfə – 6 mayda onun müqəddəs elan edilməsi gününü və 23 noyabrda təkərdə işgəncə verilməsi gününü qeyd edir.