Gürcüstan Pensiya Fondu – Fondun hər üç portfeli 2026-cı ilin ilk doqquz ayını müsbət nominal və real gəlirliliklə bitirib

15:47, 08.10.2026

 

Pensiya Fondunun hər üç portfeli 2026-cı ilin ilk doqquz ayını müsbət nominal və real gəlirliliklə bitirib – bu barədə məlumatı Gürcüstan Pensiya Fondu yayır.

Onların məlumatında ilin əvvəlindən əldə olunan nəticələrlə yenə də dinamik portfelin liderlik etdiyi deyilir.

2026-cı ilin ilk doqquz ayı ərzində portfellərin gəlirliliyi aşağıdakı kimi olub:

Dinamik portfel: 8.87% (inflyasiya nəzərə alınmaqla real gəlirlilik: 4.01%);
Balanslaşdırılmış portfel: 8.75% (real: 3.90%);
Konservativ portfel: 8.46% (real: 3.61%).

Sentyabr ayına gəlincə, Pensiya Fondunun məlumatına əsasən, portfellərin nəticələri bir-birindən fərqlənib.

“Beynəlxalq səhmdar bazarlarına istiqrazların gəlirliliyinin artması mənfi təsir göstərdiyi halda, yerli sabit gəlirli alətlər portfellərin nəticələrinə müsbət təsir edib. Bununla yanaşı, larinin ABŞ dolları qarşısında təxminən 0.28% möhkəmlənməsi xarici valyutada olan aktivlərin lari ilə ifadə olunan gəlirliliyini azaldıb.

Nəticədə, sentyabrda ən yaxşı nəticəni konservativ portfel göstərib və 0.37% artıb. Balanslaşdırılmış və dinamik portfellər isə müvafiq olaraq 0.11% və 0.62% azalıb. Konservativ portfeldə səhmlərin nisbətən aşağı payı səhmdar bazarlarındakı azalmanın təsirini məhdudlaşdırıb” – Pensiya Fondunun yaydığı məlumatda qeyd olunub.

Onların məlumatına əsasən, yarandığı tarixdən etibarən dinamik portfelin illik dərəcəyə gətirilmiş gəlirliliyi 13.72% (real illik dərəcəyə gətirilmiş gəlirlilik: 9.43%), balanslaşdırılmış və konservativ portfellərin gəlirliliyi isə müvafiq olaraq 12.77% (real: 8.52%) və 10.26% (real: 4.40%) təşkil edib.

Sentyabrın sonuna Gürcüstan Pensiya Fondunun aktivləri 10.1 milyard larini keçib, ümumi investisiya mənfəəti isə 3.0 milyard lariyə yaxınlaşıb.

2026-cı ilin sentyabrın 30-na olan vəziyyətə görə, pensiya sxeminə qoşulan iştirakçıların sayı 1 milyon 778 min nəfərdir. Hazırda yığım pensiya sistemindən 37 010 nəfər faydalanıb və onlara pensiya şəklində 193 554 407,22 lari verilib. Sentyabrın sonuna Gürcüstan Pensiya Fondunun aktivləri 10.1 milyard larini keçib, ümumi investisiya mənfəəti isə 3.0 milyard lariyə yaxınlaşıb.

Oxşar