Gürcüstan Parlamentinin “www.parliament.ge” veb-səhifəsi yeniləşdirildi. Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni sayt açıq idarəçiliyinin daimi fəaliyyət göstərən parlament şurasının öhdəlikləri çərçivəsində yaradıldı.
Yeni veb-səhifəni Parlamentin sədri, Kaxa Kuçava plenar iclasda təqdim etdi.
“Əhəmiyyətli yeniliklər uzun müddət ərzində planlaşdırılırdı. Veb-səhifə hər bir vətəndaşın Parlament həyatında iştirakını artıracaq və daha artıq qoşulmanı töəmin edəcək”, – Kaxa Kuçava plenar iclasda bəyan etdi.
Elə onun dediyinə görə, yeniləşdirilmiş veb-səhifə müasir çağırışlara tamamilə cavab verir, olduqca daha artıq interaktivdir, informasiyalı və çevikdir. Kaxa Kuçava onu da qeyd etdi ki, veb-səhifə tamamilə görə bilməyən və zəif görənlər üçün adaptasiya edilib və uyğunlaşdırılıb.
Yeni veb-səhifə Amerikanın “USAID/GGI”-nın maliyyə dəstəyi ilə, “Leavingstone” şirkəti tərəfindən və Parlamentin aparatının qoşulması ilə hazırlandı.
Gürcüstan Parlamenti veb-səhifəsinin iki yeni domeni aktivləşdirildi: www.parlamenti.ge və gürcü domeni – პარლამენტი.გე
Yeni sayt bir ay ərzində test rejimində işləyəcək.