Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İtaliyaya səfərə yola düşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurasına üzv dövlətlərin Parlament Sədrləri Konfransında iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya işgüzar səfərə yola düşüb.
Gürcüstan Parlamenti, konfrans çərçivəsində Şalva Papuaşvilinin iki sessiyada çıxışının və parlament sədrinin yüksək səviyyəli ikitərəfli görüşlərinin planlaşdırıldığına dair məlumat verir.
Parlamentin sədri parlament nümayəndə heyəti ilə birlikdə Romaya yola düşüb. Nümayəndə heyətinə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya İnteqrasiyası Komitəsinin sədri Levan Maxaşvili və Gürcüstan Parlamentinin üzvü Eka Sepaşvili daxildir.