Gürcüstan Parlamentinin Rumıniya Parlamenti ilə Dostluq Qrupunun üzvləri rumıniyalı həmkarları ilə görüşüblər
Rumıniya Parlamenti ilə Dostluq Qrupunun üzvləri – Eka Sepaşvili, Mariam Laşxi və Zurab Rurua Gürcüstanda işgüzar səfərdə olan Gürcüstan Parlamenti ilə Dostluq Qrupunun nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Görüşdə tərəflər iki ölkənin parlamentləri arasında mövcud əlaqələri nəzərdən keçirib və dostluq qrupları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti haqqında danışıblar.
Görüşün iştirakçıları regionda gedən proseslər haqda danışarkən Qara dənizin təhlükəsizlik və sabitlik, eləcə də ticarət-iqtisadi potensialının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, Gürcüstan və Rumıniya Qara dəniz regionunun dinc inkişafı üçün aparıcı rol oynayır.
Gürcü və rumıniyalı qanunvericilər iki ölkə arasında nəqliyyat infrastrukturunun inkişafı və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, mədəni və maarif layihələri haqqında danışıblar.
“Rumıniyalı həmkarlarla görüş zamanı Gürcüstanın Avropaya inteqrasiyası məsələsinə və bu gün Gürcüstanın qarşısında duran siyasi mövzulara toxunulub. Qeyd olundu ki, Gürcüstanda bu baxımdan vəziyyətin nə olması ilə bağlı bütün maraqlı tərəflərə obyektiv və real məlumatın çatdırılması vacibdir. Rumıniyalı qonaqlar qeyd ediblər ki, onlar üçün yerindəcə cari proseslərlə tanış olmaq maraqlı və vacib idi. Dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinə gəlincə, görüşdə tərəflər gələcək əməkdaşlıq planlarını müəyyən etdilər. Bu, gələcəkdə parlamentlərarası münasibətlərə kömək edəcək və Gürcüstan–Rumıniyanın siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində konkret nəticələrə əks olunacaq” – Eka Sepaşvili bildirib.
Gürcüstan Parlamenti ilə Dostluq Qrupunun nümayəndə heyətinə Rumıniya Senatının üzvü, Gürcüstan-Rumıniya Parlament Dostluq Qrupunun katibi Kristian-Avqustin Nikulesku-Tsaqarla rəhbərlik edir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.