Gürcüstan Parlamentinin payız sessiyası bu gün açılacaq

11:13, 01.09.2026

 

Gürcüstan Parlamenti payız sessiyasını bu gün açacaq.

Parlamentin reqlamentini nəzərə almaqla, payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır və dekabrın üçüncü cümə günü bağlanır.

Payız sessiyasının plenar iclasları başlamazdan əvvəl yeni qanunvericilik təşəbbüsləri və təşkilati məsələlərin müzakirə olunduğu Parlament Bürosunun iclası keçirilib.

Parlamentin sədri Şalva Papuaşvili Büronun üzvlərini payız sessiyasının başlaması münasibətilə təbrik edib və uğurlu fəaliyyət arzulayıb.

O bildirib ki, payız sessiyası çərçivəsində bir sıra qanunvericilik yeniliklərinin müzakirəsi planlaşdırılır.

“Cari qanun layihələri ilə yanaşı, həmçinin müxtəlif böyük islahatlar üzərində işlənilir. Planlaşdırılan qanunvericilik təşəbbüslərinin qəbulu üzərində işləmək üçün payız və yaz sessiyalarından istifadə etmək imkanımız var. Parlament komitələrinin və dostluq qruplarının mühüm səfərləri planlaşdırılır. Müvafiq olaraq, parlament diplomatiyasının tempini qoruyub saxlamaq üçün payız sessiyası dövründən istifadə etməliyik. Komitə fəaliyyətinə gəlincə, komitələrin yay mövsümünü regionlarda görüşlər və səfər iclasları üçün istifadə etməsi təqdirəlayiqdir. Komitələrin bu istiqamətdə də Parlamentdən və Parlament sədrindən hər cür dəstəyi var” – Şalva Papuaşvili bildirib.

Oxşar