Gürcüstan Parlamentinin payız sessiyası açıldı

13:27, 01.09.2026

 

Gürcüstan Parlamentinin payız sessiyası açıldı.

Parlamentin sədri deputatları payız sessiyasının başlaması münasibətilə təbrik edib və uğur arzulayıb.

“Mühüm qanun layihələrinin müzakirəsi, komitə fəaliyyəti üçün imkanımız olacaq. Hamınızı parlament fəaliyyətində fəal iştirak etməyə çağırıram. Yay boyunca fəal işləyən, o cümlədən regionlarda səfər iclasları keçirən komitələrə təşəkkür etmək istəyirəm. Sizi bu templə davam etməyə çağırıram, parlamentin binasında görüşlər və iclaslardan başqa, komitə formatında regionlarda aktual məsələlərin müzakirəsi üçün səfər iclasları keçirmək imkanımız olsun” – parlamentin sədri bildirib.

Cari sessiya həftəsinə gəlincə, Şalva Papuaşvilinin bəyan etdiyi üzrə, təcili baxılacaq qanun layihələri yoxdur, buna görə də qanun layihələrinin müzakirəsi adi tempdə davam edəcək.

“Dünən yeni təşəbbüslər qeydiyyatdan keçirilib. Təcili baxılacaq qanun layihələrimiz yoxdur, buna görə də qanun layihələrin müzakirəsi adi tempdə davam edəcək. Bugünkü plenar iclasda müzakirə olunacaq qanun layihələri olmadığı üçün, çərşənbə axşamıdır və siyasi bəyanatlarımız olacaq. Plenar iclası isə bu gün siyasi bəyanatlarla yekunlaşdıracağıq. Cari həftə plenar iclaslarımız artıq olmayacaq və siz cari, eləcə də gələn həftə komitə fəaliyyətinizi davam etdirə bilərsiniz” – Şalva Papuaşvili bildirib.

Oxşar