Gürcüstan Parlamentinin nümayəndə heyəti Lüksemburqun Xarici İşlər Nazirliyində görüş keçirib

21:00, 16.06.2026

 

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya İnteqrasiyası Komitəsinin sədri Levan Maxaşvili Lüksemburqun Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər Direktoratlığının direktoru Veronik Dokendorf ilə görüş keçiriblər.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər iki ölkə arasında mövcud tərəfdaşlığı, Gürcüstan və Qara dəniz bölgəsindəki çağırışlar və imkanları, rus işğalı və onun mənfi nəticələrini, Gürcüstanın əldə etdiyi iqtisadi irəliləyişləri müzakirə ediblər.

Onların məlumatına əsasən, görüşdə həmçinin Gürcüstan-Avropa İttifaqı münasibətləri və gələcək perspektivlər barədə də danışıblar.

Oxşar