Gürcüstan Parlamentinin nümayəndə heyəti Belçika Parlamenti və Xarici İşlər Nazirliyində görüş keçirib
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Belçika Parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədr müavini Ketlin Depurter və aşağı palatanın üzvü Verner Zomers, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçiriblər.
Tərəflər parlament diplomatiyasını və qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını, ikitərəfli gündəliyin genişləndirilməsi perspektivlərini, Gürcüstanda və regiondakı cari hadisələri müzakirə ediblər.
Bununla yanaşı, Gürcüstan-Avropa İttifaqı tərəfdaşlığı, Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, münasibətlərdə mövcud çağırışlar barədə danışıblar və əhatəli dialoqun zəruriliyini vurğulayıblar.