Gürcüstan Parlamentinin İstintaq Komissiyasının iclası ilə eyni zamanda parlament yaxınlığında aksiya keçirilir
Gürcüstan Parlamentinin İstintaq Komissiyasının iclası ilə eyni zamanda parlament yaxınlığında aksiya keçirilir

 

Rustavelidə, Gürcüstan Parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

Aksiyanın iştirakçıları bildirirlər ki, Gürcüstan Parlamentinin İstintaq Komissiyası tərəfindən gürcü ordusu mühakimə olunur və buna dözə bilməzlər.

“Kremlin şöbəsində gürcü generalların və gürcü ordusunun mühakiməsi gedir. Biz sadəcə olaraq gürcü ordusunun mühakimə olunmasına, 2008-ci ildə müstəqilliyimizi qoruyub saxlayan, dövlətçiliyimizi, dilimizi, vətənimizi və inancımızı qoruyub saxlayan insanların mühakimə olunmasına dözə bilmərik. Kremlin şöbəsində əyləşən insanların yeri bura deyil, həbsxanadır. Çox tezliklə həbsxanaya düşəcəklər, dövlətə xəyanətə görə cavab verəcəklər” – aksiyanın iştirakçılarından biri bildirib.

Bununla yanaşı, aksiyanın iştirakçıları bu gün komissiyanın iclasında dindirilən Qoqa Xaindravanı parlament binasından çıxarkən səs-küylə qarşılayıblar.

Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentində “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclası keçirilir. “Gürcü Arzusu”nun üzvü Tea Tsulukiani komissiyanın sədridir. İstintaq Komissiyasının bugünkü iclasında 2008-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahına daxil olan Sülhməramlı Əməliyyatlar Qərargahının rəisi olmuş Mamuka Ğuraşvili və 2004-2006-cı illərdə dövlət naziri olmuş Qoqa Xaindrava dindirilib. Həmçinin, bu gün parlamentin birinci vitse-spikeri, 2004-2006-cı illərdə Gürcüstanın dövlət nazirinin müavini vəzifəsini tutmuş Qia Volski də dindiriləcək.