Gürcüstan Parlamentinin iclası keçirilir
Gürcüstan Parlamentinin iclası keçirilir

Bu dəqiqələrdə Gürcüstan Parlamentinin iclası keçirilir. Altı aylıq siyasi qarşıdurmadan sonra, qanunvericilik orqanının iclas zalında hakim komandanın opponentləri öz yerlərini tutdular. Şarl Mişelin sənədini imzalayan 17 deputat parlament fəaliyyətlərinə başlayırlar.

“Lelo”, “Qirçi”, “Strategiya Ağmaşenebeli” və “Milli Hərəkatın” deputatları Parlamentə getdilər.