Gürcüstan Parlamentində yeni seçilmiş deputatların qeydiyyatı aparılır
Gürcüstan Parlamentində yeni seçilmiş parlament üzvlərinin qeydiyyatı aparılır.
Yeni seçilmiş 11-ci çağırış parlamentinin iclasının gündəliyində duran ilk məsələ parlamentin 150 üzvünün hamısının səlahiyyətlərinin tanınmasıdır. Bugünkü iclasda parlamentin sədrini və vitse-spikerləri seçəcəklər, eləcə də komitə sədrləri seçiləcək.
MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinə beş siyasi subyekt seçilib. 150 yerlik parlamentdə “Gürcü Arzusu”nun 89 mandatı var. Geridə qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan Naminə” arasında bölüşdürülüb. Lakin, müxalifət parlamentə daxil olmağı planlaşdırmadığını bildirir.