Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Anri Oxanaşvilini təsdiqlədi
Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Anri Oxanaşvilini təsdiqlədi

Parlamentin plenar iclasında Anri Oxanaşvilinin namizədliyi səsverməyə çıxarıldı və 79 deputat onun lehinə səs verdi.

Anri Oxanaşvili bu vəzifəyə altı illik müddətə təyin olunub.

O, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri postunda Qriqol Liluashvilini əvəz etdi. Oxanaşvili bundan əvvəl Gürcüstanın ədliyyə naziri vəzifəsində çalışırdı.