Gürcüstan Parlamenti - Dırnaqarası "MEGOBARI Act" üç əsas yalan ittihama əsaslanır, bir baxışdan belə Gürcüstana, gürcü xalqına və hakimiyyətə qarşı düşmənçilik ruhunu oxumaq olar
Dırnaqarası “MEGOBARI Act” üç əsas yalan ittihama əsaslanır – bu barədə parlamentin bugünkü plenar iclasda 87 lehinə, 0 əleyhinə səslə qəbul etdiyi “MEGOBARI Act” ilə bağlı Gürcüstan Parlamentinin bəyanatında deyilir.
Gürcüstan Parlamentinin bəyanatına əsasən, aktda bir baxışdan belə Gürcüstana, gürcü xalqına və hakimiyyətə qarşı düşmənçilik ruhunu oxumaq olar.
“2025-ci ilin mayın 5-də ABŞ Nümayəndələr Palatası öz mahiyyətinə görə Gürcüstan dövlətinə, gürcü xalqına və onun seçdiyi hakimiyyətə, o cümlədən Gürcüstan Parlamentinə qarşı son dərəcə düşmənçilik aktı olan “MEGOBARI Act”ini qəbul etdi.
Dırnaqarası “MEGOBARI Act” üç əsas yalan ittihama əsaslanır, onlara əsasən: a) Gürcüstanda demokratiyanın əhəmiyyətli geriləməsi müşahidə olunur; b) Gürcüstanda hakimiyyət tərəfindən Avroatlantik inteqrasiyanın əngəllənməsi müşahidə olunur; q) Gürcüstan “Rusiya, Çin və digər avtoritar rejimlərlə” (sonradan dəqiqləşdirildiyi kimi, “digər avtoritar rejimlər” ilə İrandan bəhs olunur) uyğun olmayan əlaqələr qurur.
Dırnaqarası “MEGOBARI Act” xüsusi təhlilə ehtiyac duymur, çünki bu aktın texniki baxımdan da səhv olduğunu və bir sıra faktiki səhv və məntiqi ziddiyyət ehtiva etməsini bir kənara qoyaq, onun özündə bir baxışdan belə Gürcüstana, gürcü xalqına və Gürcüstan hakimiyyətinə qarşı düşmənçilik ruhunu oxumaq olar” – Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş bəyanatda deyilir.