Gürcüstan Parlamenti Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin Belqrad Bəyannaməsinə qoşulub
Gürcüstan Parlamenti Serbiyada keçirilən Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin ilk konfransı çərçivəsində qəbul edilmiş Belqrad Bəyannaməsinə qoşulub.
Bəyannamədə parlamentlərin Avropaya inteqrasiya prosesində mühüm rolu vurğulanır.
Namizəd ölkələr, həmçinin parlament sədrlərinin illik görüşlərinin keçirilməsi barədə razılığa gəliblər. Bu format siyasi dialoqun və parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi üçün daimi platforma olacaq.
Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin növbəti konfransı 2027-ci ildə Moldovada keçiriləcək.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayıb.