2022-ci ildə paralimpiya idman növləri üzrə ilk beynəlxalq medallar artıq qazanılıb. Gürcüstanın parataekvando komandası Albaniyada keçirilən Avropa kubokunda (19-20 fevral) uğurla çıxış edərək bir qızıl və üç bürünc medal qazandı.
Qızıl medal: Giorgi Xizanişvili (-58 kq). Bürünc: Lia Çaçibaia (-47 kq), Sandro Meqrelişvili (-63 kq) və David Makadze (+80 kq).
Albaniya Avropa Kuboku Paralimpiya Oyunlarının reytinq turniridir və burada 25 ölkənin nümayəndəsi iştirak edirdi.