"Gürcüstan Naminə" partiyasının məlumatına əsasən, Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Qiorqi Qaxarianın evində olublar
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Klod Kern və Edit Estrella, Komitənin Katibliyinin rəhbərinin müavini Bas Klain Qiorqi Qaxarianın evində olublar.
Məlumatı “Gürcüstan Naminə” partiyası yayır.
“Gürcüstanda seçkidən sonra inkişaf etmiş hadisələr və ölkənin avropalı gələcəyini xilas etmək görüşdə əsas müzakirə məsələsi olub” – partiya tərəfindən yayılmış məlumatda qeyd olunub.