Bugün, 26 mayda, Gürcüstan Müstəqillik Gününü qeyd edir.
Milli Şuranın qərarı ilə, 1918-ci ilin mayın 26-da Gürcüstan Demokratik Respublika elan edilmişdi.
Respublika sədri isə, Noe Jordania idi.
1918-ci ilin mayın 26-da “Gürcüstanın Müstəqillik Aktı” qəbul edildi.
Demokratik Gürcüstan Respublikası, hansını Avropanın aparıcı ölkələri tanımışdılar, üç illik fəaliyyətini Rusiya işğalından sonra dayandırdı.
Gürcüstanın Müstəqilliyi isə, 70 il sonra, 1991-ci ilin aprelin 9-da bərpa olundu.
Dünya Pandemiyasından irəli gələrək, bu il Gürcüstanın Müstəqillik Günü hər zamanki təntənə ilə qeyd edilmir.
Dövlət başçısı Giorgi Qaxaria mayın 26-da Müstəqillik Gününü Vaziani hərbi bazasında Gürcüstanın silahlı qüvvələri ilə bərabər qeyd edəcək.