Gürcüstan Müsəlmanları Birliyi – Hökümət qanunla ölkədə yaşayan müxtəlif azlıqların söz və fikir hüququnu təmin etmək məcburiyyətindədir
Gürcüstan Müsəlmanları Birliyi hər hansı bir özəl və ya hüquqi şəxsin fikirlərini bölüşməyimizdən asılı olmayaraq hər zaman demokratik konstitusiya quruluşunu dəstəkləyib və dəstəkləyəcə, – bu barədə Gürcüstan Müsəlmanları Birliyi tərəfindən yaylan bəyanatda qeyd olunub.
Bəyanata görə, hökumət, demokratik sistemin əsas qarantı olaraq, bütün çağırışlara cavab vermək və ölkədə yaşayan müxtəlif azlıqların hüquqlarının qanun çərçivəsində sülh yolu ilə ifadə edilməsini təmin etmək məcburiyyətindədir.
“Gürcüstanın bütün vətəndaşları qanun və ədalət qarşısında bərabərdirlər. Buna görə hər kəsin konstitusiya ilə təmin lunan sərbəst toplaşmaq və ifadə azadlığı hüququ vardır. Gürcüstan Müsəlmanları Birliyi hər hansı bir özəl və ya hüquqi şəxsin fikirlərini bölüşməyimizdən asılı olmayaraq hər zaman demokratik konstitusiya quruluşunun tərəfdarı olub və olacaq. Hökümət, demokratik sistemin əsas qarantı olaraq, bütün çağırışlara cavab verməyə və ölkədə yaşayan müxtəlif azlıqların qanunlar çərçivəsində ifadə hüququnun dinc şəkildə ifadə edilməsini təmin etməyə borcludur.
Biz müsəlmanlar İslam mədəniyyəti, dəyərlərə sahibik. Fərqliliklərə baxmayaraq, başqalarının həyatına qarışmırıq, başqalarının həyat və adətlərinə qarışmırıq. Həm daxilimizdə, həm də ətrafımızda fərqli inanclara və baxışlara sahib insanların hüquqlarına hörmət edirik. Biz sülhə sadiqik. Vətənimizi sevgi ilə qurmağa və onun birliyi üçün dua etməyə hazırıq. Biz özümüzü şiddətin bütün növlərindən və şiddətə yol açan bütün səbəblərdən qəti şəkildə uzaqlaşdırırıq” , – qeyd olunur bəyanatda.