Gürcüstan Müdafiə Qüvvələrinin komandanı ən yaxşı hərbçiləri mükafatlandırıb
Gürcüstan Müdafiə Qüvvələrinin komandanı ən yaxşı hərbçiləri mükafatlandırıb

Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahında ən yaxşı hərbi qulluqçuların mükafatlandırılması mərasimi keçirilib.

Hərbi qulluqçulara sertifikatlar və döş nişanları Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili tərəfindən təqdim edilib.

O, kapitan Qoça Psutur, leytenant Mixeil Kandelaki, baş serjant Silavan Tskrialaşvili, kiçik serjant Giorgi Avanaşvili və kapitan Rati Qavardaşviliyə xidməti borcunu sədaqətlə yerinə yetirdiklərinə görə təşəkkür edib, onlara Vətənə xidmətdə uğurlar arzulayıb.

Ən yaxşı hərbi qulluqçular rübdə bir dəfə müxtəlif meyarlar, o cümlədən nizam-intizam, fiziki və döyüş hazırlığının səviyyəsi, tapşırılan vəzifələrin icra keyfiyyəti, qərar qəbul etmə və komandada işləmək bacarığı əsasında seçilir.

Layihənin məqsədi hərbi qulluqçuların motivasiyasını və döyüş hazırlığını artırmaqdır.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.