Gürcüstan Müdafiə Qüvvələrinin komandanı Corciya ştatının Milli Qvardiyasının nümayəndə heyəti ilə müdafiə sahəsində Gürcüstan-ABŞ əməkdaşlığının inkişafı məsələlərini müzakirə etdi
Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Qiorqi Matiaşvili qvardiyanın komandanı, general-mayor Riçard Uilsonun rəhbərlik etdiyi ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndə heyəti ilə görüşüb. Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.
Onların məlumatına əsasən, tərəflər Gürcüstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
“General-leytenant Qiorqi Matiaşvili general-mayor Riçard Uilsona Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən əməli dəstəyə görə təşəkkür edib. “Dövlətlər arasında tərəfdaşlıq” proqramına, eləcə də gürcü və amerikalı hərbçilərin çoxmillətli təlimlərdə iştirakı məsələsinə toxunulub.
Həmçinin, Milli Qvardiyanın rəisi, briqada generalı Roman Coxadze Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyası ilə ABŞ-nin Corciya ştatının Milli Qvardiyası arasında 30 illik əməkdaşlığın yubiley tarixi ilə əlaqədar Tbilisidə səfərdə olan ABŞ-nin Corciya ştatının Milli Qvardiyasından olan nümayəndə heyətinə ev sahibliyi edib. Görüşdə Gürcüstan və ABŞ-nin Corciya ştatının Milli Qvardiyası arasında uzunmüddətli uğurlu əməkdaşlıq vurğulanıb. Amerika tərəfi Milli Qvardiyanın bölmələrinə də qonaq olub.
Bu gün Müdafiə Nazirliyinin “Army Hall”nda müdafiə attaşesi, polkovnik Cozep Bilbo və vitse-polkovnik Erol Munirin mükafatlandırılması və yolasalma mərasimi keçirilib. Təntənəli mərasimdə müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Qiorqi Matiaşvili və ABŞ-nin Gürcüstandakı səfiri Robin Daniqan iştirak ediblər” – Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.