Gürcüstan Müdafiə Qüvvələri Serjantlar Korpusu Gününü qeyd edir
Gürcüstan Müdafiə Qüvvələri Serjantlar Korpusu Gününü qeyd edir

25 iyunda Gürcüstan Müdafiə Qüvvələri Serjantlar Korpusu Gününü qeyd edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təntənəli tədbir Didqori Memorialında keçirildi. Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti Müdafiə Qüvvələrinin çavuşlarının şəxsi heyətini peşə günü münasibətilə təbrik etdi.

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili və Müdafiə Qüvvələrinin baş serjantı, leytenant Giorgi Qoqoçuri çavuşun Müdafiə Qoşunlarında rolunun vacibliyini vurğuladılar və çavuşun gələcək inkişafı perspektivlərindən danışdılar. Onlar Müdafiə Qüvvələrinin quruculuğunda xidmətlərinə, peşəkarlığına və fədakarlığına görə çavuşlara təşəkkür edib, onlara uğurlar arzuladılar. Tədbirdə Müdafiə nazirinin müavini Qriqol Qiorqadze və Nazirliyin nümayəndələri iştirak etdilər.

Elə hu gün Didqori Memorialında Giorgi Antsuxelidze adına Çavuşlar Akademiyasının ən yaxşı on çavuşunun və qrup rəhbərinin kurslarının buraxılış mərasimi keçirildi. Peşə günü münasibəti ilə xidməti vəzifələrinin icrasında göstərdikləri yüksək peşəkarlığa görə müvəffəqiyyət qazanmış çavuşlar idarənin medalları – “Giorgi Antsuxelidze” və xatirə qiymətli hədiyyələrlə təltif edildilər.