Gürcüstan Müdafiə Qüvvələri başçısı alman həmkarı ilə görüşdü
Gürcüstan Müdafiə Qüvvələri başçısı alman həmkarı ilə görüşdü

Gürcüstan Müdafiə Qüvvələri başçısı, general-mayor Giorgi Matiaşvili Almaniya Federativ Respublikasının Silahlı Qüvvələrinin general-müfattişi, general Eberhard Sorn ilə görüşdü.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gürcü və alman həmkarları arasında görüş qeyri-formal mühitdə, Tbilisi Beynəlxalq Aeroportunda keçirildi.

Görüşdə tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdilər. Onlar diqqəti NATO himayəsi ilə keçirilən “Qəti Dəstək” missiyasının başa çatmasını və Əfqanıstan İslam Respublikasından əsgərlərin çıxarılması prosesinə yetirdilər və bu baxımından birbirinə dəstək ifadə etdilər.

Görüşdə Gürcüstan Müdafiə Qüvvələri başçısı, briqada generalı İrakli Çiçinadze və Almaniya Federativ Respublikasının attaşesi, vitse-polkovnik Lars Ukervits iştirak etdilər.