Gürcüstan Müdafiə Nazirliyində Fransa nümayəndə heyətini qəbul etdilər
Gürcüstan Müdafiə Nazirliyində Fransa nümayəndə heyətini qəbul etdilər

Gürcüstanın Müdafiə nazirinin birinci müavini və müdafiə qüvvələri komandanının müavini Fransa Respublikasının Birləşmiş Qərargahının beynəlxalq əlaqələr şöbəsinin rəisini qəbul etdilər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lela Çikovani və briqada generalı İrakli Çiçinadze səfərinə görə general-mayor Loran Marbefə, siyasi və praktiki dəstək üçün Fransaya təşəkkür etdilər.

“Görüşdə Gürcüstan və Fransa arasında müdafiə sahəsində sıx əməkdaşlığa diqqət yetirildi və müxtəlif sahələri əhatə edən gələcək əməkdaşlığın perspektivləri müəyyən edildi.

Danışıqlarda əsas diqqət hava hücumundan müdafiə, dağ istiqamətilə əməkdaşlığa, eləcə də Avropa İttifaqının himayədarlığı ilə keçiriləm hərbi-təlim missiyasinda (EUTM RCA) birgə kontribusiyaya yetirildi”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Elə onların məlumatına görə, görüşdə tərəflər Ukraynaya güclü dəstək və həmrəylik ifadə etdilər və bölgədə təhlükə və təhlükəsizlik çağırışlarını müzakirə etdilər.