Gürcüstan Müdafiə Qüvvələri Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq
Gürcüstan Müdafiə Qüvvələri Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq

Terkiyə tərəfi ilə izmalanmış razılaşma əsasında, Müdafiə Qüvvələri NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.

İdarənin məlumatına görə, Türkiyə şirkətinin nümayəndələrini bu gün Müdafiə Nazirliyi qəbul etdi.

“Görüş çərçivəsində Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin tabeliyində olan “ASFAT” şirkəti arasında müqavilə imzalandı və bu müqavilə əsasında Müdafiə Qüvvələrinə yeni yüksək relyefli zirehli transportyorlar veriləcək. Zirehli transportyorlar öz avadanlıqları və sistemləri ilə NATO standartlarına uyğundur.

Gürcüstan Müdafiə Qüvvələrinin qeyd olunan zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirlməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm imkanlar yaradacaq”, – məlumatda deyilir.