Gürcüstan Milli Universitetinin ərazisində 18 avqustdan kütləvi vaksinasiya mərkəzi açılacaq

19:02, 17.08.2021

Gürcüstan Milli Universitetinin ərazisində (Sinandali N9) 18 avqustdan kütləvi vaksinasiya mərkəzi açılacaq , –  bu barədə məlumatı Gürcütan Səhiyyə Nazirliyi yayır.

Elə onların məlumatına görə, kütləvi vaksinasiya mərkəzində immunizasiya fayzer, sinovak və sinofarm ilə mümkündür.

“İstənilən vaksinin alınması üçün irəlcədən qeydiyyatdan keçmək lazım deyil. Mərkəz hər gün (şənbə-bazar da daxil olmaqla) saat 10:00-dan saat 18:00-a qədər, faziləsiz işləyəcək. Koronavirusa qarşı vaksinasiya infeksiyadan müdafiənin effektli və təhlükəsiz vasitədir”, – Səhiyyə Nazirliyində bəyan edirlər.

Bununla yanaşı, kütləvi vaksinasiya mərkəzləri artıq Texniki Universitetin altıncı korpusunda və Msxeta İdman-İstirahət Mərkəzində fəaliyyət göstərir.

 

Oxşar